Monteneqronun baş naziri Azərbaycana gəlib

Monteneqronun baş naziri Azərbaycana gəlib
# 16 iyul 2012 13:29 (UTC +04:00)
APA-nın Monteneqro hökumətinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, səfər Azərbaycan tərəfinin dəvəti əsasında həyata keçirilir.

Səfəri zamanı qarşılıqlı maraq doğuran sahələrdə münasibətlərin dərinləşdirilməsi müzakirə olunacaq və ikitərəfli əməkdaşlığın konkret məqamları ilə bağlı fikir mübadiləsi aparılacaq.

“Monteneqro Azərbaycanla ikitərəfli və çoxtərəfli münasibətlərin fasiləsiz inkişafında, eləcə də Avropa və avroatlantik inteqrasiya məsələlərində təcrübə mübadiləsi aparılmasında maraqlıdır”, deyə Monteneqro hökumətinin açıqlamasında bildirilir.

İ. Lukşiç Bakıda Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rəsizadə, baş nazirin 1-ci müavini Yaqub Eyyubov, iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşəcək. İ. Lukşiçin başçılıq etdiyi nümayəndə heyətinə iqtisadiyyat naziri Vladimir Kavariç, nəqliyyat və dəniz işləri naziri Andriy Lompar da daxildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR