“Mədəniyyət abidələrimiz” adlı respublika foto müsabiqəsinə yekun vurulub

“Mədəniyyət abidələrimiz” adlı respublika foto müsabiqəsinə yekun vurulub
# 07 iyun 2012 11:41 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA. Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçirilən “Mədəniyyət abidələrimiz” adlı respublika foto müsabiqəsinə yekun vurulub. Nazirliyin mətbuat katibi İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, müsabiqədə 16 yaşından yuxarı həvəskar və peşəkar fotoqraflar iştirak edib.
Azərbaycan xalqının zəngin mədəni irsinin qorunub saxlanılması, mədəniyyət abidələrinin təbliği, gənclərin foto sənətinə marağının artırılması məqsədilə keçirilən müsabiqəyə maraq böyük olub və respublikanın müxtəlif rayonlarından, şəhər və kəndlərindən 72 müəllif 598 foto təqdim edib. Mayın 16-dan 25-dək davam edən müsabiqəyə təqdim olunmuş işlər arasında qiymətləndirmə aparılıb və onların arasından 60-dək foto seçilib.

İyunun 8-də “LN Art Centre” qalereyasında müsabiqə qaliblərinin təltif olunması mərasimi və seçilmiş işlərdən ibarət sərgi keçiriləcək. Müsabiqə qaliblərinə Mədəniyyət və Turizm Nazirliyinin diplom və qiymətli hədiyyələri təqdim ediləcək. Nümayiş etdirilən əsərlərin kataloqunun nəşr olunması da nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR