Qusarda qətl törətmiş şəxs həbs edilib

Qusarda qətl törətmiş şəxs həbs edilib
# 28 may 2012 10:45 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanın Qusar rayonunda 37 yaşlı kişini öldürən şəxs həbs edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 27-də Qusar rayonunun Kuzun kəndi ərazisində, kənd sakini, 37 yaşlı Teymur Rəşidovun bıçaqla qətlə yetirilmiş meyiti tapılıb. Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Gülbala Muradov tutulub və ondan 1 ədəd bıçaq götürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR