Rusiya İrana donanma göndərəcək

Rusiya İrana donanma göndərəcək
# 05 noyabr 2012 09:05 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Rusiya 2013-cü ildə İrana donanma göndərəcək. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə Rusiya donanmasının kontr-admiralı Sergey Alekminski açıqlama verib.

Onun sözlərinə görə, qeyri-rəsmi xarakter daşıyacaq səfər xarici işlər nazirinin qərarına əsasən həyata keçiriləcək: “Hazırda bununla bağlı hazırlıq işləri görülür”.

S.Alekminski Rusiya donanmasının ən son 2007-ci ildə İran limanlarına yan aldığını bildirib. Kontr-admiral hazırda İran və Rusiya donanması arasında xüsusi əlaqələr olmadığını vurğulayıb. O, əlavə edib ki, səfərdə məqsəd İran donanmasının inkişafını görməkdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR