Yığmamızın oyunlarının vaxtı dəqiqləşib

Yığmamızın oyunlarının vaxtı dəqiqləşib
# 23 noyabr 2015 07:37 (UTC +04:00)

Bakı – APA. DÇ-2016-nın seçmə mərhələsində çıxış edəcək futzal üzrə Azərbaycan millisinin oyunlarının vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, gələn il Kolumbiyada keçiriləcək mundiala vəsiqə uğrunda mübarizə aparacaq yığmamız Xorvatiyada qüvvəsini sınayacaq.

Avropa zonası üzrə əsas seçmə mərhələnin 2-ci qrupunda yarışacaq komandamız ilk matçını dekabrın 10-da, İsveçə qarşı keçirəcək. Xorvatiyadakı turnirin açılış matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Faustino Peresin yetirmələri ertəsi gün Belarusla üz-üzə gələcək. Görüş saat 20:30-da start götürəcək. Turnirin son günündə meydan sahibləri ilə görüşəcək. 22:30-da başlayacaq bu oyunla 2-ci qrupda mübarizəyə yekun vurulacaq. Qrup mərhələsinin oyunları Osiyekdəki “Dvorana Qradski” də keçiriləcək.

Qeyd edək kİ, bu mərhələdə ilk iki yeri tutan komanda pley-offa yüksələcək.

DÇ-2016-nın seçmə mərhələsi

Avropa zonası, 2-ci qrup

10 dekabr

20:00. Azərbaycan - İsveç

22:30. Xorvatiya – Belarus

11 dekabr

20:30. Belarus - Azərbaycan

23:00. Xorvatiya – İsveç

13 dekabr

20:00. İsveç - Belarus

22:30. Azərbaycan - Xorvatiya

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR