Dini fanatizm zəminində hakimiyyət qərarlarına təsir edənləri və ya terrorla hədələyənləri ömürlük həbs gözləyir

Dini fanatizm zəminində hakimiyyət qərarlarına təsir edənləri və ya terrorla hədələyənləri ömürlük həbs gözləyir
# 15 sentyabr 2016 14:15 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycanda dini fanatizm zəminində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, hakimiyyət orqanlarının qərar qəbul etməsinə təsir göstərmək və s. məqsədlə sağlamlığa, əmlaka zərər vurmaq kimi əməllər törətməyə, bu məqsədlə hədələməyə görə ağır cəzalar, o cümlədən ömürlük həbs cəzası tətbiq olunur.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinə yeni 214.2.6 maddəsinin əlavə edilməsi təklif olunur.

Təklif olunan maddəyə əsasən, dini düşmənçilik, fanatizm və radikalizm zəminində terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əmlaka əhəmiyyətli ziyanının vurulması, başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə 14 ildən 20 ilə qədər azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Layihə Milli Məclisə təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR