Azərbaycanın paralimpiyaçı cüdoçuları Avropa çempionatında bir qızıl, iki gümüş medal qazanıblar

Azərbaycanın paralimpiyaçı cüdoçuları Avropa çempionatında bir qızıl, iki gümüş medal qazanıblar
# 28 noyabr 2015 17:59 (UTC +04:00)

Bakı-APA. Azərbaycan paralimpiyaçıları Portuqaliyanın Odivellas şəhərində keçirilən cüdo üzrə açıq Avropa çempionatında uğurlu çıxışlarını davam etdirirlər. Azərbaycan Milli Paralimpiya Komitəsinindən APA-ya verilən xəbərə görə, 73 kq çəki dərəcəsində Ramil Qasımov Avropa çempionu adını qazanıb.

81 kq çəki dərəcəsində Rövşən Səfərov və 57 kq çəki dərəcəsində Səbinə Abdullayeva Avropa çempionatının gümüş medalına sahib olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR