Gənc Tamaşaçılar Teatrının butaforçu rəssamı vəfat edib

Gənc Tamaşaçılar Teatrının  butaforçu rəssamı vəfat edib
# 04 aprel 2016 11:30 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının butaforçu rəssamı, əməkdar mədəniyyət işçisi Triandafelidze Konstantin Xristoforoviç uzun sürən xəstəlikdən sonra vəfat edib. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, K. Triandafelidze 1927-ci ildə Bakıda doğulub. 1951-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru Adil İsgəndərov onun əl işlərini bəyənərək teatra dəvət edib. O, 1951-1974-cü illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında butafor sexinin rəisi vəzifəsində çalışıb.

1982-ci ildə Xalq təsərrüfatı Nailiyyətləri Sərgisində təbiət qoynunda guşənin tərtibinə görə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin təşəkkürnaməsi ilə təltif edilib. 1991-ci ildə yaradıcılıq uğurlarına və səmərəli fəaliyyətinə görə “əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. K. Triandafelidze 1974-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında butaforçu rəssam vəzifəsində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR