G7 və Fars körfəzi ölkələri BMT-yə 1,8 milyard dollar yardım ayıracaq

G7 və Fars körfəzi ölkələri BMT-yə 1,8 milyard dollar yardım ayıracaq
# 30 sentyabr 2015 08:53 (UTC +04:00)

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Nyu-Yorkda keçirilən mətbuat konfransında Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayer bəyan edib.


“Biz BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Ümumdünya Ərzaq Proqramı da daxil olmaqla, BMT-nin beynəlxalq təşkilatlarına 1,8 milyard dollar ayrılması barədə razılığa gəldik. Təkcə Almaniya 100 milyon dollar ayıracaq” deyən nazir bildirib ki, hazırda qlobal miqyasda ehtiyacı olanlara yardım etmək üçün 20 milyard dollar tələb edilir.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterres isə hazırda qaçqınları ən çox Türkiyə, Livan, İordaniya, Kamerun və digər ölkələrin qəbul etdiyini bildirib. Onun sözlərinə görə, sözügedən dövlətlər bu addımı atmaqla regional sabitliyin sütunu və beynəlxalq təhlükəsizliyin ön cəbhəsi kimi çıxış edir.

Qeyd edək ki, görüşdə Avstriya, Küveyt, Hollandiya, Norveç, Qatar, Səudiyyə Ərəbistanı, İsveç, İsveçrə, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirləri, eləcə də Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Moqerini və BMT-nin baş katibi Pan Gi Mun iştirak ediblər.

Görüş iştirakçıları, həmçinin, humanitar fəaliyyətlərin effektivliyin artırılması məqsədilə qarşılıqlı fəaliyyətin gücləndirilməsi və böhranların tənzimlənməsinin vacibliyi məsələlərinə toxunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR