“Rəy” Monitorinq Mərkəzi referendumda “exit-poll” keçirəcək

“Rəy” Monitorinq Mərkəzi referendumda “exit-poll” keçirəcək
# 10 sentyabr 2016 12:20 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

APA-nın məlumatına görə, iclasda sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində “exit poll” keçirmək niyyətində olan "Rəy" Monitorinq Mərkəzinin müraciətinə baxılıb.

MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, mərkəzin qeydə alınması üçün əsaslar müəyyən edilib: "Belə ki, bu mərkəz indiyədək həm parlament, həm də prezident seçkilərində monitorinq keçirib. Bu referendumda da mərkəzin 450 əməkdaşı iştirak edəcək. Hesab edirəm ki, monitorinq mərkəzinin referendumda fəaliyyəti üçün əsaslar mövcud olduğundan, qeydə alınması məqsədəuyğundur”.

Məsələ səsverməyə qoyularaq qəbul olunub. Daha sonra bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR