Poroşenko: “Niderlanddakı referendum Ukrayna-Aİ sazişinə əngəl törətməyəcək”

 Poroşenko: “Niderlanddakı referendum Ukrayna-Aİ sazişinə əngəl törətməyəcək”
# 02 aprel 2016 04:07 (UTC +04:00)

Bakı-APA. Aprelin 6-da Niderlandda keçiriləcək referendum Ukrayna-Avropa İttifaqı sazişinə əngəl törətməyəcək.

APA-nın UNN agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ukrayna prezidenti Petro Poroşenko Vaşinqtonda bəyan edib.

“Tamamilə əminəm ki, Avropaya inteqrasiya prosesi və bizim Avropa İttifaqı ilə assosiasiya haqqında imzaladığımız saziş qüvvədə qalacaq. Niderlandda keçirilən referendum daxili bir diskussiyadır, ölkədaxili siyasi çəkişmədir. Təhlükəli haldır ki, 45 milyonluq əhaliyə malik dövlət bu çəkişmələrin qurbanına çevrilə bilər”.


Qeyd edək ki, aprelin 6-da Niderlandda Ukrayna və Avropa İttifaqı arasında imzalanan assosiasiya haqqında sazişin məqsədəuyğunluğuna dair referendum keçiriləcək. Onun nəticələri tövsiyə xarakteri daşıyır və mütləq qaydada icra edilməsi üçün hüquqi əsası yoxdur.

Qeyd edək ki, 2014-cü ildə Ukrayna və Aİ arasında bağlanan assosiasiya haqqında sazişi Avropa İttifaqına üzv olan 28 ölkənin parlamenti ratifikasiya edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR