Nəqliyyat sektorunda yükdaşıma qiymətləri azalıb

Nəqliyyat sektorunda yükdaşıma qiymətləri azalıb
# 17 noyabr 2015 09:25 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin oktyabr ayında Azərbaycanın boru kəməri nəqliyyatı ilə neftin nəql olunması qiyməti 8,5% azalıb, qazın nəql olunması qiyməti isə 0,1% artıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, dəmir yolu nəqliyyatı üzrə yükdaşıma qiymətləri 0,1% artıb, dəniz, hava və avtomobil nəqliyyatı sahələrində yükdaşıma qiymətlərində dəyişiklik müşahidə olunmayıb.

Ümumilikdə, nəqliyyat sektorunda yükdaşıma qiymətləri əvvəlki ayla müqayisədə 2,6% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR