Bakı-APA. Türkiyənin Mardin əyalətində polis məntəqəsi yaxınlığında avtomobil partladılıb.
APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, insident nəticəsində iki polis əməkdaşı yaralanıb, avtobus sürücü ölüb.
Mənbə partlayışın PKK tərəfindən törədildiyini bildirib.
Bundan əvvəl Türkiyə aviasiyası PKK-nın ölkənin cənub-şərqindəki mövqelərinə zərbələr endirib, nəticədə 10-dək terrorçu məhv edilib.