Göygöldə evə basqın edən şəxs ər və arvadı döyüb

Göygöldə evə basqın edən şəxs ər və arvadı döyüb
# 10 fevral 2016 14:41 (UTC +04:00)

Göygöl. Zər Məmmədli – APA. Göygöl rayonunda mənzilə basqın edən şəxs ər və arvadı döyüb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərdə evə girən şəxs ev sahibinin onu gördüyünü hiss edib, yaxalanmamaq üçün ər və arvada zərbələr endirib. Xəsarət alan qadın - 1977-ci il təvəllüdlü Quliyeva Aynurə başın əzilməsi xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.


Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR