Milli Məclisin 2015-ci ildə sonuncu plenar iclası başa çatıb

Milli Məclisin 2015-ci ildə sonuncu plenar iclası başa çatıb
# 29 dekabr 2015 12:23 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin (MM) 2015-ci ildə sonuncu plenar iclası başa çatıb.

APA-nın məlumatına görə, spiker Oqtay Əsədov sessiyanı bağlı elan edib.

MM sədri payız sessiyası dövründə Milli Məclisə seçkilərin keçirildiyini də xatırladaraq sessiyanın məhsuldar olduğunu bildirib. Spiker parlament adından Azərbaycan xalqınə və prezident İlham Əliyevi qarşıdan Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrik edib. Sessiya dövlət himninin səsləndirilməsi ilə başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR