Səyyar ASAN xidmət Siyəzəndə fəaliyyətə başlayıb

Səyyar ASAN xidmət Siyəzəndə fəaliyyətə başlayıb
# 14 mart 2016 08:20 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. 14 mart – 12 aprel tarixlərində Səyyar ASAN xidmət Siyəzəndə sakinlərə səyyar formada xidmət göstərəcək. “ASAN xidmət”in informasiya təminatı şöbəsindən APA-ya verilən məlumata görə, xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bura notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi və fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi xidmətləri daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR