Çində partlayış baş verib, 7 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Çində partlayış baş verib, 7 nəfər ölüb, 3 nəfər xəsarət alıb
# 16 dekabr 2015 21:39 (UTC +04:00)

Bakı-APA. Çinin Lyunyan şəhərində restoranda baş vermiş partlayış nəticəsində azı 7 nəfər ölüb.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, daha 3 nəfər ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Partlayışın restoranın mətbəxində baş verdiyi bildirilir. Hazırda hadisənin səbəbləri müəyyənləşdirilir.

Qeyd edək ki, oktyabrda Çinin Anxoy vilayətində restoranda baş vermiş partlayış nəticəsində 17 nəfər həyatını itirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR