Yeznəsini qətlə yetirən Ağcəbədi sakininin apellyasiya şikayəti təmin edilməyib

Yeznəsini qətlə yetirən Ağcəbədi sakininin apellyasiya şikayəti təmin edilməyib
# 28 iyul 2016 16:00 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı – APA. Şirvan apellyasiya məhkəməsində yeznəsini qətlə yetirən şəxsin apellyasiya şikayətinə baxılıb.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, Şirvan apellyasiya məhkəməsində hakim Etibar Camalovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Ağcabədi rayon sakini, Cavid İsmayılovun apellyasiya şikayətinə baxılıb. Apellyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəmənin qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, Cavid İsmayılov 2015-ci il may ayında Ağcabədinin Aşağı Avşar kəndində yaşadığı evin yataq otağında, arvadının yanında yeznəsi 30 yaşlı Saqibət Qədimovu balta ilə qətlə yetirib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Cavid İsmayılovu Cinayət Məcəlləsinin 120.2.4, 120.2.9 maddələri ilə təqsirli bilərək 20 il müddətinə azadlıqdan məhrum edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR