ABŞ-da məktəbə silahlı hücum hazırlamaqda şübhəli bilinən iki yeniyetmə həbs edilib

ABŞ-da məktəbə silahlı hücum hazırlamaqda şübhəli bilinən iki yeniyetmə həbs edilib
# 24 oktyabr 2015 23:32 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Virciniya ştatında məktəbə silahlı hücum hazırlamaqda şübhəli bilinən iki yeniyetmə həbs edilib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə yerli polis idarəsinin şerifi bildirib.

““Riverbend” məktəbində qətl hazırlamaqda şübhəli bilinən məktəbin iki şagirdi həbs edilib”, deyə onun açıqlamasında bildirilir.

Məktəblilərə qarşı artıq ittiham irəli sürülüb, onlar yeniyetmələr üçün nəzərdə tutulmuş istintaq təcridxanasına yerləşdiriliblər. İstintaqın məlumatına görə, şagirdlər məktəbə silahlı hücum etməyi planlaşdırıblar və niyyətlərini sosial şəbəkələrin birində müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR