Almaniyada qaçqın mərkəzində yanğın nəticəsində 20 nəfər xəsarət alıb

Almaniyada qaçqın mərkəzində yanğın nəticəsində 20 nəfər xəsarət alıb
# 08 iyun 2016 00:44 (UTC +04:00)

Bakı-APA. Almaniyanın Düsseldorf şəhərində yerləşən qaçqın mərkəzində baş verən yanğın nəticəsində azı 22 nəfər xəsarət alıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, mərkəzdə, ümumilikdə, 282 miqrant yerləşdirilib, lakin hadisə baş verən an orada 130 nəfər olub. Xəsarət alanlar, əsasən, tüstüdən zəhərləniblər.

Hadisənin səbəbləri hələlik müəyyənləşdirilməyib. Hadisə ilə bağlı 2 nəfər şübhəli şəxs qismində saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR