Natiq Əliyev İstanbulda keçiriləcək Beynəlxalq Enerji Konqresinə dəvət alıb

Natiq Əliyev İstanbulda keçiriləcək Beynəlxalq Enerji Konqresinə dəvət alıb
# 06 oktyabr 2016 11:48 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Energetika naziri Natiq Əliyev 9-13 oktyabr tarixlərində İstanbulda keçiriləcək Beynəlxalq Enerji Konqresində iştirak etmək üçün dəvət alıb. Bunu "APA-Economics"ə Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva bildirib.

"Sözügedən tədbirdə iştirak etmək üçün nazirə rəsmi dəvət gəlib, lakin onun tədbirdə iştirak edib-etməyəcəyi hələlik məlum deyil", - deyə Z. Əliyeva bildirib.

Qeyd edək ki, konqres çərçivəsində OPEC və qeyri-OPEC ölkələrinin nümayəndələrinin qeyri-rəsmi görüşü baş tutacaq. Venesuelanın neft naziri Eulohio del Pino bildirib ki, görüşdə onun Səudiyyə Ərəbistanı, Əlcəzair, Qabon, Qətər və BƏƏ-dən olan həmkarları iştirak edəcək. Bu gün isə məlum olub ki, görüşə Rusiyanın energetika naziri Aleksandr Novak da qatılacaq.

"Tədbirdə Əlcəzair görüşündə neft hasilatının dondurulması ilə bağlı əldə olunan razılığı dəstəkləyəcək ölkələrin adları dəqiqləşdiriləcək", - deyə nazir bildirib.

Qeyd edək ki, Əlcəzairdə keçirilən görüşdə OPEC üzvləri sutkalıq neft hasilatının 32-33 mln. barel səviyyəsində dondurulması ilə bağlı razılıq əldə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR