Xocalıya həsr olunmuş anım konserti Londonun LİVE televiziyasında yayımlanıb

Xocalıya həsr olunmuş anım konserti Londonun LİVE televiziyasında yayımlanıb
# 09 mart 2016 12:35 (UTC +04:00)

Bakı – APA. Londonun “St. Paul’s Church” kilsəsində keçirilmiş Xocalı faciəsinin qurbanlarına həsr olunmuş anım konserti martın 6-da yerli LİVE televiziya kanalında yayımlanıb. Tədbir fevralın 26-da Londonda Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən “Xocalıya Ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində təşkil edilib. Xocalı qətliamı qurbanlarının xatirəsinə həsr edilən ənənəvi anım konsertində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.


Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, anım konsertində azərbaycanlı musiqiçilər Səbinə Rakçeyeva, Nəzrin Rəşidova (skripka), Rafiq Rüstəmov (tar), Günel Mirzəyeva, Ayan Salahova (piano), Camal Əliyev (çello), Selcan Nəsibli (soprano), həmçinin Aleksander Cermanoviç (piano) və “Deco” ansamblının ifasında Fikrət Əmirovun, Qara Qarayevin, Vasif Adıgözəlovun, G. Perqolesinin, J. Massenetinin repertuarından musiqilər səsləndirilib.

LİVE kanalında yayımlanan proqrama Böyük Britaniya parlamentində fevralın 24-də keçirilmiş ilk “Xocalı Sülh Mükafatı”nın təqdimat mərasimindən və rəsm sərgisindən görüntülər də daxil edilib. Reportajda əsas diqqət Xocalı qətliamına öz münasibətlərini incəsənət vasitəsilə ifadə edən Böyük Britaniya sənətçilərinə yönəlib.

Konsertə London LİVE televiziyasının onlayn xidməti vasitəsilə aşağıdakı linkdə baxmaq olar:
http://www.londonlive.co.uk/programmes/khojaly-classical-concert-2016

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR