Aİ-də Azərbaycanla strateji tərəfdaşlıq sazişi üzrə danışıqlar üçün oktyabrın ortalarında mandat verilə bilər

Aİ-də Azərbaycanla strateji tərəfdaşlıq sazişi üzrə danışıqlar üçün oktyabrın ortalarında mandat verilə bilər
# 26 avqust 2016 08:00 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Bu il oktyabrın ortalarında Avropa İttifaqında (Aİ) Azərbaycanla strateji tərəfdaşlıq haqqında saziş üzrə danışıqlara başlamaq üçün mandat verilə bilər.

Bu barədə APA-ya açıqlamasında xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.

Nazir müavini qeyd edib ki, Aİ daxilində bununla bağlı proses gedir.

M. Məmmədquliyev Aİ-də Azərbaycan üzrə alt komitələrin Bakıda iclasının keçiriləcəyini bildirib: "Biz onlarla danışmışıq və işlə başlayacağıq. Səhv etmirəmsə, ilk komitənin iclası sentyabrda, sonuncusu isə dekabrda olacaq. Bütün iclaslar Bakıda baş tutacaq. Tarixləri demək olar ki, məlumdur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR