Məleykə Abbaszadə Göygöl rayonunda vətəndaşları qəbul edəcək

Məleykə Abbaszadə Göygöl rayonunda vətəndaşları qəbul edəcək
# 26 aprel 2016 09:38 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Göygöl rayonunda vətəndaşları qəbul edəcək. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Göygöl rayonunda keçiriləcək qəbulda, Gəncə, Daşkəsən, Samux, Gədəbəy, Göygöl rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbul may ayının 4-də, saat 12:00-da Göygöl rayon Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşların Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya TQDK-nın Gəncə regional bölməsinə müraciət etmələri xahiş olunur. Bundan əlavə, Daşkəsən, Samux, Gədəbəy, Göygöl rayon Təhsil Şöbələrində 27 aprel – 03 may 2016-cı il tarixlərində (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan- 17:00-dək qeydiyyat aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR