Ramil Həsənov: “Türk Şurasının sammitində terrorizmə qarşı birgə mübarizə müzakirə olunacaq”

Ramil Həsənov: “Türk Şurasının sammitində terrorizmə qarşı birgə mübarizə müzakirə olunacaq”
# 23 avqust 2016 09:38 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Qazaxıstan, Azərbaycan və Türkiyə region üçün önəm daşıyan ölkələrdir”.

APA-nın məlumatına görə, bu sözləri Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov deyib. O bildirib ki, avqustun 26-da Türkiyədə Sultan Səlim körpüsünün açılışı keçiriləcək: “Daha sonra Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması nəzərdə tutulub. Bu layihə Avropa İttifaqı ölkələri üçün də vacib layihədir. Bildiyiniz kimi, Bişkekdə Türk Şurasının sammiti keçiriləcək. Bu sammitdə əsas müzakirə məsələləri gənclər, terrorizmə qarşı birgə mübarizə, Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı Türk Şurasının Türkiyəyə açıq dəstəyi olacaq. Həmçinin beynəlxalq təşkilatlarla Türk Şurası üzv ölkələrinin birgə fəaliyyəti müzakirə ediləcək”.

Qeyd edək ki, türkdilli ölkələrin dövlət başçılarının 6-cı sammiti bu il Qırğızıstanın paytaxtı Bişkekdə, 7-ci sammiti isə 2017-ci ildə Bakıda keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR