Rusiya 2016-cı ili Rusiya-Türkiyə əməkdaşlığı ili kimi qeyd etməkdən imtina edir

Rusiya 2016-cı ili Rusiya-Türkiyə əməkdaşlığı ili kimi qeyd etməkdən imtina edir
# 30 noyabr 2015 15:35 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya 2016-cı ili Rusiya-Türkiyə əməkdaşlığı ili kimi qeyd etməkdən imtina edir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya baş nazirinin müavini Olqa Qolodets deyib.

"Biz bu mövzuda əməkdaşlığımızı dayandırmağa məcburuq", - deyə o vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Rusiya mədəniyyət naziri Vladimir Medinski də 2017 və 2018-ci illərdə Rusiya və Türkiyədə qarşılıqlı mədəniyyət və turizm illərinin keçirilməsinin planlaşdırılmadığını bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR