Bakı. Musa Əhmədov – APA-Economics. İcbari Sığorta Bürosu (İSB) tərəfindən Yaşıl Kart Sisteminin “Bürolar Şurasının keçici statuslu üzvlərinə qarşı maliyyə təminatı tələbləri”-nə əsasən müəyyən edilmiş 5 mln. avro məbləğində bank zəmanəti, həmçinin təkrarsığorta proqramı Bürolar Şurasına təqdim edilib.
İSB-dən “APA-Economics”ə verilən məlumata görə, bank zəmanəti və təkrarsığorta proqramı Bürolar Şurası tərəfindən qəbul olunub.
Hal-hazırda İSB ilə Yaşıl Kart sisteminə daxil olan digər üzv dövlətlər arasında ikitərəfli sazişlərin imzalanması mərhələsinə başlanılıb.