Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
# 18 dekabr 2015 09:58 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, dekabrın 17-də saat 20.00 radələrində Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli qəsəbəsində qəsəbə sakini Adil Qasımov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə həmyerlisi Əlizamin Məmmədovu vurub. Xəstəxanaya yerləşdirilmiş Ə.Məmmədov orada ölüb.


Ağcabədi rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR