Türkiyədə 2 minə yaxın miqrant saxlanılıb

Türkiyədə 2 minə yaxın miqrant saxlanılıb
# 18 mart 2016 20:37 (UTC +04:00)

Bakı-APA. Türkiyə təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi əməliyyat çərçivəsində 1 734 miqrant və qaçqınların qeyri-qanuni yolla Avropaya keçirilməsi ilə məşğul olan 16 şəxs saxlanılıb.

APA-nın məlumatına görə, bu barədə Reuters agentliyi Türkiyə hüquq-mühafizə orqanlarına istinadən xəbər verib.

Sahil mühafizə xidməti, Hərbi Dəniz Qüvvələri və yerli jandarmeriya əməkdaşlarının iştirakı ilə gerçəkləşən əməliyyat İzmir vilayətinin Dikili şəhəri yaxınlığında baş tutub.

Qeyd edək ki, bundan əvvəl Yunanıstanın Lesbos adasına yollanan 3 min miqrantın saxlanılmasına dair məlumat yayılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR