Türkiyədə qarapapaq türklərinin birinci qurultayı keçirilib

Türkiyədə qarapapaq türklərinin birinci qurultayı keçirilib
# 30 noyabr 2015 08:49 (UTC +04:00)

İstanbul. Nizami Məmmədzadə - APA. Noyabrın 29-da İstanbulda Dünya Qarapapaq Türklərinin Birinci Qurultayı keçirilib.

APA-nın Gürcüstan müxbirinin məlumatına görə, tədbirə 10 ölkədə yaşayan qarapapaq türklərinin nümayəndələri qatılıb. Tədbiri Dünya Qarapapaq Türkləri Birliyinin rəhbəri Seyfullah Türksoy açaraq dünyanın 44 ölkəsində qarapapaq türklərinin yaşadığını bildirib.

Qurultayda qeyd olunub ki, qarapapaq türkləri daim Osmanlı dövlətinin yanında olublar. Onlar 1890-cı ildən başlayaraq rus işğalına qarşı mübarizə aparıblar.

Qurultayda Türkiyə Böyük Millət Məclisinin üzvləri, Türkiyənin sabiq mədəniyyət və turizm naziri Yalçın Topçu, ünlü iş adamı Sedat Pekər, Bursa bələdiyyəsinin sədr müavini və digər görkəmli şəxslər çıxış edərək qurultayı təbrik ediblər və qarapapaqların mərd, qorxmaz, qonaqpərvər, şərəfli bir türk toplumu olduqlarını bildiriblər.

Tədbirdə iştirak edən “Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli Dünya Qarapapaqlar Türkləri Birliyinin rəhbəri Seyfullah Türksoya saz hədiyyə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR