Şeyxülislam: “Sərmayə gəlib burada dini qarşıdurma yaradacaqsa, lazım deyil”

Şeyxülislam: “Sərmayə gəlib burada dini qarşıdurma yaradacaqsa, lazım deyil”
# 27 sentyabr 2016 10:18 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə ölkəyə gələn turistlər və sərmayədarlar arasında dini və məzhəb ayrı-seçkiliyi yaratma təhlükəsindən narahatlığını bildirib.

APA-nın məlumatına görə, Şeyxülislam turizmlə bağlı qanuna, o cümlədən ölkəyə gələn səhmdarlarla bağlı qaydalara hörmətlə yanaşdıqlarını bildirərək deyib ki, bu məsələdə diqqətli olmaq lazımdır.

O qeyd edib ki, kimsə sərmayə qoymaq adı ilə gəlib, gizli şəkildə cərəyanını yayırsa, bu, məzhəb ayrı-seçkiliyinə səbəb olur: “Sərmayəni qoyur və ondan istifadə edərək möhkəmləndiyi yerdə öz fərqli dini baxışını yayır. Bütün bunlar məzhəb ayrı-seçkiliyinə səbəb olur və bu da sonda dini qarşıdurma yaradır. Bu gün silahlıların tüğyan etdiyi ölkələrdə proseslər elə belə başlayıb. Ona görə də o sərmayə gəlib burda dini qarşıdurma yaradacaqsa, lazım deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR