Ərəb Dövlətləri Liqası İranı ərəblərin daxili işlərinə müdaxilədən çəkinməyə çağırıb

Ərəb Dövlətləri Liqası İranı ərəblərin daxili işlərinə müdaxilədən çəkinməyə çağırıb
# 06 yanvar 2016 13:52 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “İran ərəb ölkələrinin daxili işlərinə müdaxiləni dayandırmalıdır. Bu, beynəlxalq hüquqla ziddiyyət təşkil edir”.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ərəb Dövlətləri Liqasının baş katibi Nabil əl-Arabi təşkilatın ötən ilin yekunları ilə bağlı toplantısında çıxışı zamanı bildirib. “Beynəlxalq münasibətlərdə başqa dövlətlərin daxili işlərinə müdaxilə etməmək kimi çoxsaylı müqavilələrdə də öz əksini tapmış bir prinsip mövcuddur. İran bu prinsipi açıq şəkildə pozur. Dərhal bu addımları dayandırmalıdır”, - deyə baş katib qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR