Gürcüstan prezidenti Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Gürcüstan prezidenti Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
# 10 mart 2016 13:50 (UTC +04:00)

Bakı – APA. IV Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Heydər Əliyevin məzarını ziyarət edib.

APA-nın məlumatına görə, o, H. Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn Gürcüstanın prezidenti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən G. Marqvelaşviliyə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR