Bakıda oğurluqda şübhəli bilinən şəxslər tutulub

Bakıda oğurluqda şübhəli bilinən şəxslər tutulub
# 17 sentyabr 2015 08:50 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda oğurluqda şübhəli bilinən şəxslər tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 15-də Binəqədi rayonunun 28 May qəsəbəsində yaşayan İlham Xəlilovun evindən qapının qıfılını sındırmaq yolu ilə kompüter dəsti və 2 ədəd qızıl üzük oğurlanıb.

Binəqədi rayon Polis İdarəsi 40-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Hikmət Hüseynov və Əziz Əzizov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR