UEFA “Qalatasaray”ı cəzalandıra bilər

UEFA “Qalatasaray”ı cəzalandıra bilər
# 19 yanvar 2016 07:58 (UTC +04:00)

Bakı – APA. Türkiyənin “Qalatasaray” klubu ciddi problemlə üzləşib. Apasport.az milliyet.com.tr saytına istinadən xəbər verir ki, “sarı-qırmızılılar”a UEFA tərəfindən ciddi sanksiya tətbiq oluna bilər.

Buna səbəb “Qalatasaray”ın 2015-2016 mövsümü üçün maliyyə öhdəliklərini yerinə yetirə bilməməsidi. Maliyyə feyr-pley qaydalarını pozan “cim-bom” haqda qərar fevral ayında qəbul ediləcək.

“Qalatasaray”a transfer qadağası, pul cəriməsi və ya avrokuboklardan kənarlaşdırılmaq cəzası tətbiq oluna bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR