Gövhər Baxşəliyeva: “Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin Nizamini fars şairi kimi təqdim edir”

Gövhər Baxşəliyeva: “Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin Nizamini fars şairi kimi təqdim edir”
# 23 sentyabr 2015 13:44 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Bu yaxınlarda Məhəmmədhüseyn Şəhriyarla bağlı elmi konfrans keçirildi. Həmin tədbirdə İran Mədəniyyət Mərkəzinin sədri Şəhriyarın ideya xüsusiyyətlərini təhrif etdi. Bizim alimlər də susub, oturur. Bu bizim apardığımız tədqiqatlara, milli ideyamıza təhqirdir”.

APA-nın xəbərinə görə, bunu AMEA Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva Rəyasət Heyətinin iclasında çıxışı zamanı deyib.

G. Baxşəliyeva bildirib ki, dünyada böyük Azərbaycan şairi Nizami Gəncəvini fars şairi kimi tanıyır: “Mən bu yaxınlarda Misirdə Nizaminin büstünün açılış mərasimində iştirak etdim. Nizami Gəncəviyə həsr edilmiş kitabın təqdimatı keçirildi. İsgəndəriyyə kitabxanasının direktoru İsmail Serageldin kitaba yazdığı ön sözdə və digərləri Nizamini fars şairi kimi təqdim ediblər. Fars dilli şair yox ha, məhz fars şairi kimi göstəriblər. Fars dilli ədəbiyyatı başqa, fars ədəbiyyatı isə tam başqa şeydir. Nizami ilə bağlı bizim əlimizdə olan materialları dünya qulaq ardına vurur”.

Qeyd edək ki, İ. Serageldin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədridir. İ. Serageldin bu ilin aprelində Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı ilə təltif edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR