Pentaqon: ABŞ və Rusiya müdafiə nazirlikləri Suriya ilə bağlı məsləhətləşmələr aparacaq

Pentaqon: ABŞ və Rusiya müdafiə nazirlikləri Suriya ilə bağlı məsləhətləşmələr aparacaq
# 10 oktyabr 2015 10:56 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. ABŞ və Rusiya müdafiə nazirlikləri arasında Suriyada aviasiya qüvvələrindən istifadə ilə bağlı məsləhətləşmələrin növbəti raundu cari həftə sonu baş tuta bilər.

APA-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun mətbuat xidmətinin rəhbəri Piter Kuk bildirib. “Rusiya Müdafiə Nazirliyi Suriyada hava əməliyyatları zamanı təhlükəsizliyin təmin olunması ilə bağlı ABŞ tərəfinin təklifinə rəsmi cavab verib. Hazırda Rusiya tərəfinin cavabı nəzərdən keçirilir. Yəqin ki, danışıqlar bu həftəsonu baş tutacaq”, - deyə o, söyləyib.

Qeyd edək ki, Rusiya Hava Kosmik Qüvvələri sentyabrın 30-da Suriyada terrorçuların obyektlərinə aviazərbələr endirməyə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR