Astanada MDB Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb

Astanada MDB Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb
# 15 oktyabr 2015 13:48 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Qazaxıstanın paytaxtı Astanada MDB Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb. APA-nın məlumatına görə, Azərbaycanı iclasda xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edir. Görüşdə MDB-nin əsas fəaliyyət istiqamətlərini əhatə edən 22 məsələ müzakirə ediləcək. İclasın yekununda razılaşdırılmış məsələlər təsdiq üçün MDB Dövlət və Hökumət Başçıları Şurasına təqdim olunacaq.

MDB Dövlət Başçıları Şurasının iclası sabah Astanada keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR