Sumqayıtda iki avtomobil toqquşub, ölən və xəsarət alan var

Sumqayıtda iki avtomobil toqquşub, ölən və xəsarət alan var
# 19 oktyabr 2015 11:45 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Yaşma qəsəbəsində Şamaxı rayon sakini Azər Cəmiyevin idarə etdiyi “Fiat” və Bakı şəhər sakini Elməddin Həşimovun idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub. Nəticədə A.Cəmiyevin sərnişini, Bakı şəhər sakini Həvayət Məmmədova hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Baş Dövlət Yol Polisi İdarsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR