Gürcüstan prezidenti Saakaşvilini vətəndaşlıqdan məhrum etməsinin səbəbini açıqlayıb

Gürcüstan prezidenti Saakaşvilini vətəndaşlıqdan məhrum etməsinin səbəbini açıqlayıb
# 08 dekabr 2015 10:43 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Gürcüstan prezidenti Georgi Marqvelaşvili ölkənin sabiq prezidenti Mixail Saakaşvilinin vətəndaşlıqdan məhrum edilməsi ilə bağlı qərarına aydınlıq gətirib.

APA-nın “apsny.ge” saytına istinadən verdiyi xəbərə görə, Gürcüstan prezidenti bildirib ki, digər ölkənin vətəndaşlığını əldə etməklə Saakaaşvili özünü bu hüquqdan məhrum edib. “Mən siyasi manevrlər naminə Konstitusiyanı poza bilmərəm. Bu ölkədə mənim əməl etməli olduğum qanunlar mövcuddur”, - deyə G. Marqvelaşvili “Kavkasia” teleşirkətinin birbaşa efirində deyib. O, başqa ölkənin vətəndaşlığına keçən M. Saakaşvilini tənqid edib: “Sən iki dəfə bu ölkənin prezidenti, ali baş komandanı olduğuna, bu ölkənin bayrağını daşıdığına görə Gürcüstan vətəndaşlığına hörmət etməli idin”.

Xatırladaq ki, Ukraynanın Odessa vilayətinin qubernatoru olan Mixal Saakaşvili dekabrın 4-də Gürcüstan vətəndaşlığından məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR