Azərbaycan prezidenti Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət edib

Azərbaycan prezidenti Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət edib
# 11 dekabr 2015 06:51 (UTC +04:00)

Bakı-APA. Dekabrın 11-də Azərbaycan prezidenti İlham Əliyev Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət edib.

APA-nın xəbərinə görə, burada dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.

Azərbaycanın dövlət himni səsləndirilib.

Bu milli abidə Çin xalqının azadlıq mübarizəsində həyatlarını itirən qəhrəmanların xatirəsinə ehtiram əlaməti olaraq ucaldılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR