FHN “Günəşli” yatağında yanğının söndürülməsi və itkin düşənlərin axtarışını davam etdirir

FHN “Günəşli” yatağında yanğının söndürülməsi və itkin düşənlərin axtarışını davam etdirir
# 24 dekabr 2015 09:20 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə tədbirlərini davam etdirir.

FHN-dən APA-ya verilən məlumata görə, hazırda nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-5” yanğınsöndürmə gəmisi özüldəki yanğının söndürülməsi, Aviasiya dəstəsi, Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Sularda Xilasetmə Xidmətinin qüvvələri itkin düşənlərin axtarışını davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR