Tahir Salahovun Tretyakov Qalereyasında sərgisi açılacaq

Tahir Salahovun Tretyakov Qalereyasında sərgisi açılacaq
# 08 yanvar 2016 13:35 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Moskvadakı Dövlət Tretyakov Qalereyasında SSRİ xalq rəssamı Tahir Salahovun “Günəş zenitdə” adlı sərgisi açılacaq.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, sərgi yanvarın 22-də sənətsevərlərin ixtiyarına veriləcək.

Qalereyanın 160 illiyinə həsr olunmuş sərgi martın 20-dək davam edəcək.

Sərgidə təsviri sənətdə “sərt üslubun” aparıcı nümayəndəsi olan rəssamın Dövlət Tretyakov Qalereyası, Dövlət Rus Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, eləcə də özünün Bakıdakı ev-muzeyinin ekspozisiyasından və şəxsi kolleksiyalardan əsərləri nümayiş etdiriləcək.

Rəssamın Tretyakov qalereyasında yer alan “Aydan” (1967), “Qırmızı istiotlarla natürmort” (1977), “Xəzərdə səhər” (1986) və s. əsərləri sərgiyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR