İŞİD-in Yəmən qruplaşmasının başçısı öldürülüb

İŞİD-in Yəmən qruplaşmasının başçısı öldürülüb
# 04 fevral 2016 10:17 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. İŞİD qruplaşmasının bölmə başçılarından biri ötən gecə ABŞ-a məxsus iki pilotsuz təyyarənin hücumu nəticəsində ölüb.

APA-nın məlumatına görə, bu barədə “Reuters” xəbər yayıb. Bildirilir ki, İŞİD-in Yəmən qruplaşmasının rəhbəri Cəlal Balidi Zincibar şəhərindən Şükrü şəhərinə doğru hərəkət edən avtomobilin atəşə tutulması nəticəsində öldürülüb.

Bombardman zamanı ümumilikdə 12 terrorçu öldürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR