SOCAR ötən il mindən çox işçisinin əmək haqlarını artırıb

SOCAR ötən il mindən çox işçisinin əmək haqlarını artırıb
# 18 fevral 2016 14:50 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Cari il ərzində 1 487 işçinin əməyin ödənilməsi dərəcəsini artımına SOCAR-ın İnsan Resursları Departamentinin (İRD) iştirakı ilə Tarif-İxtisas komissiyalarında baxılıb. Onlardan 1 114-nün, yəni 79%-nin iddiası təmin olunaraq əməyin ödənilməsi dərəcələri və əmək haqları artırılıb”.

"APA-Economics" xəbər verir ki, bu barədə SOCAR-ın Baş Ofisinin İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatları rəhbərləri ilə görüş zamanı bildirib.

“Ötən il “Azəriqaz” İB-də 550 nəfər əlavə işçiyə tələbat yaranıb və regionlarda Məşğulluq Xidmətlərində qeydiyyatda olan şəxslər bizim mütəxəssislər tərəfindən müvafiq təlim kursları keçirilməklə imtahan veriblər və onlardan ən yüksək nəticə göstərmiş 365 nəfəri “qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər” peşəsi üzrə daimi işlə təmin olunub, daha 220 nəfər isə SOCAR-ın Kadr Ehtiyatı Bazasına daxil edilib, sonradan onların da arasından yüzdən çoxu eyni peşə üzrə işə götürülüb”, - deyə A.Bəkirli vurğulayıb.

A.Bəkirlinin sözlərinə görə, Kadr Ehtiyatı Bazasına daxil edilmiş digər vətəndaşlar isə regionlarda 1 illik müqavilə əsasında açılmış vakant yerlər üzrə işə qəbul olunacaq və sonradan müvafiq strukturlarda peşələri üzrə yaranacaq daimi əsaslı vakant yerlərə əmək qanunvericiliyinə uyğun olaraq yerləşdiriləcəklər.

“Regionlarda əlavə iş həcmlərinin olmasını nəzərə alaraq, bir il müddətində həmin işlərin icra olunması ilə bağlı işçi sayı müəyyənləşdirilib. Beləliklə, 6 509 nəfərin işə cəlb olunması qərara alınıb. İş yerləri haqqında məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunub. Artıq Nazirliyin yerli Məşğulluq Xidmətləri ilə SOCAR-ın müvafiq strukturlarının - “Azəriqaz” İB (5 196 vakant yer), “Qaz İxrac” (1000 vakant yer) və Nəqliyyat İdarələrinin (313 vakant yer) üzərinə düşən öhdəliklər də müəyyənləşdirilib”, - deyə departament rəisi bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR