Hasan Cəlal Gözəl: “Ermənistan dövlət yox, terror təşkilatıdır”

Hasan Cəlal Gözəl: “Ermənistan  dövlət yox, terror təşkilatıdır”
# 24 fevral 2016 14:01 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Bakıda Milli Elmlər Akademiyasının Tarix İnstitutu, “Gənclərin Mənəvi İnkişafı” İctimai Birliyi və “Azərbaycan Tarixçiləri” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Xocalı: soyqırım tariximizin son faciəsi” adlı elmi konfrans keçirilib.

APA-nın məlumatına görə, birliyin sədri Ramiq Vəliyevin aparıcılığı ilə keçən konfrans Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxış edən Tarix İnstitutunun direktoru, deputat Yaqub Mahmudov bildirib ki, Xocalı 200 illik qanlı Azərbaycan tarixinin son soyqırımıdır: “Bizim məqsədimiz bu gün ağır cinayəti yada salıb, ruh düşkünlüyü yaratmaq deyil, bunlardan ibrət dərsi almaqdır. İbrət dərsi də ondan ibarətdir ki, Azərbaycan xalqı vahidləşməlidir. Bütün dünya azərbaycanlıları üçün bir vətən var, o da Qarabağdır. Həmin vətəndən düşmən qovulub çıxarılmalı və cəzalandırılmalıdır. Bunu Azərbaycan xalqı özü etməlidir”.

Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin müdiri, doktor Hasan Cəlal Gözəl isə Xocalı soyqırımından danışaraq deyib ki, Ermənistan bütövlükdə bir dövlət yox, faktiki olaraq terror təşkilatıdır.

Deputat Elman Nəsirov və digərləri də çıxışlarında Xocalı soyqırımının törədilməsində Ermənistanın rolundan və Azərbaycan tarixində ermənilərin törətdiyi cinayətlərdən bəhs ediblər. Konfransda tarixçi alimlərin bu mövzuda müxtəlif məruzələri dinlənilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR