Gürcüstan parlamentində dava düşüb

Gürcüstan parlamentində dava düşüb
# 16 mart 2016 15:13 (UTC +04:00)

Tbilisi. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstan parlamentinin plenar iclasında insident baş verib.

APA-nın Gürsüstan müxbirinin "apsny.ge" saytına istinadən verdiyi məlumata görə, insident Vahid Gürcüstan Hərəkatı partiyasının liderlərindən olan Giorgi Baramidzenin intim yayılmış video kadrlara münasibət bildirərkən baş verib.

Bu vaxt hakim partiyadan olan deputat Karlo Kopaliani və Omar Nişniadze ilə Vahid Gürcüstan Hərəkatından olan deputat Mixail Maçavariani arasında mübahisə düşüb.

Az sonra isə "söz atışması" davaya keçib. K. Kopaliani mikrofonu götürərək M. Maçavarianiyə zərbələr endirməyə başlayıb.

Deputatların müdaxiləsindən sonra tərəflər sakitləşib.

İclas bir neçə dəqiqədən sonra işinə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR