Salyan sakini əl barmaqlarını itirib

Salyan sakini əl barmaqlarını itirib
# 23 iyun 2016 07:58 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı - APA. “Şirvan Oyl” əməliyyyat şirkətinin fəhləsi iş zamanı barmaqlarını itirib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, şirkətin quyu təmiri briqadasında işləyən Salyan rayonunun Çadırlı kənd sakini, 1961-ci il təvəllüdlü İsmayılov Faiq İbad oğlunun barmaqları qaldırıcı qurğunun hidravlik açarının dişləri arasında qalıb. Nəticədə Bakıda xəstəxanalardan birinə yerləşdirilən fəhlənin iki barmağı tam, iki barmağı isə qismən amputasiya edilib.

Faktla bağlı tədqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR