YUĞ-da “Teatr: təcrübədən nəzəriyyəyə” adlı layihə həyata keçirilib

YUĞ-da “Teatr: təcrübədən nəzəriyyəyə” adlı layihə həyata keçirilib
# 14 mart 2016 16:25 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət YUĞ Teatrında “Teatr: təcrübədən nəzəriyyəyə” adlı layihə həyata keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən teatrın baş rejissoru Gümrah Ömər bildirib ki, layihə uzunmüddətli kimi düşünülüb: “Biz gənc imzalar və teatrlar arasında körpü qurmaq istəyirik. Layihənin məqsədi həm də budur. Silsilə tədbirləri nəzərdə tutan layihə milli teatr prosesində canlanma yaratmağa, teatrla cəmiyyət, teatr xadimləri, dramaturqlar, yazarlar və tələbələr arasında intensiv qarşılıqlı ünsiyyət yaratmağa yönəlib”.

YUĞ Dövlət Teatrının ədəbi hissə müdiri Elçin Cəfərov isə qeyd edib ki, gənc rejissor, aktyor, teatrşünas, dramaturq kadrlar məhz bu tipli tədbirlərdə aşkarlanır, yetişir və inkişaf edir: “Teatrlar və ictimaiyyət arasında yaradıcılıq mübadiləsini təmin etməklə, yeni rejissor, aktyor, dramaturq kadrların aşkarlanmasına və onların aktiv teatr fəaliyyətinə cəlb olunmasına zəmin yaratmaq məqsədi daşıyan layihəmizdə bütün qələm və düşüncə sahiblərini görmək istərdik”.

Layihə çərçivəsində Mehman Musabəylinin “Toy səyahəti” pyesinin teatrallaşdırılmış oxunuşu təqdim olunub. Mikayıl Mikayılovun quruluş verdiyi teatrallaşdırılmış oxunuşdan sonra teatrşünaslar Aydın Talıbzadə, Vidadi Qafarlı, Aliyə, şairə Sevinc Çılğın və başqaları tədbiri müzakirə ilə davam ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR