Erməni tərəfi son döyüşlərdə verdiyi itkilərin daha bir hissəsini açıqlayıb - 56 ölü

Erməni tərəfi son döyüşlərdə verdiyi itkilərin daha bir hissəsini açıqlayıb - 56 ölü
# 11 aprel 2016 11:03 (UTC +04:00)

Bakı - APA. Erməni tərəfi Dağlıq Qarabağda gedən döyüşlərdə verdiyi itkilərin sayını açıqlamaqda davam edir.

APA-nın məlumatına görə, qondarma “DQR” müdafiə nazirliyindən RİA "Novosti”yə bildiriblər ki, döyüş zamanı 56 erməni hərbçi ölüb.

“Aprelin 7-nə olan məlumata görə, itkilərimiz 36 nəfər idi. Ötən günlərdə daha 20 meyit tapılıb, yaxud da Azərbaycan tərəfindən bizə təhvil verilib. Beləliklə, ölənlərin sayı 56 nəfərə çatıb”, - deyə qondarma rejimin müdafiə nazirliyindən qeyd ediblər.

Həmçinin bir erməni hərbçinin hələ də itkin düşmüş hesab edildiyi açıqlanıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR